
“Rəqib Azərbaycanın ən güclü komandasıdır. Sadəcə, şans bizim tərəfdə oldu”.
Bunu Sportnet.az-a açıqlamasında “Sabah” komandasının futbolçusu Rəhman Daşdəmirov Azərbaycan Kubokunun finalında “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
25 yaşlı müdafiəçi Avropa Liqasına vəsiqə qazandıqları üçün sevincli olduqlarını söyləyib: “Oyun çox ağır keçdi. Bacardığımızı etdik. Sonuncu dəqiqələrdə Tellur Mütəllimovun vurduğu qolla oyunu bitirdik. Sevinirik ki, kuboku qazandıq”.