
İngiltərənin "Mançester Yunayted" klubu "Vulverhempton"un futbolçusu Mateus Kunyanı transfer edib.
Sportnet.az "qırmızı şeytanlar"ın X səhifəsinə istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 2030-cu ilədək müqavilə bağlanılıb.
Braziliyalı forvard bu müddətdə 74 milyon avro qazanacaq.
Ötən mövsüm Kunya bütün turnirlərdə 36 oyuna 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "canavarlar"la müqaviləsi 2029-cu ildə başa çatacaq.
Transfermarkt hücumçunun bazar dəyərinin 60 milyon avro olduğunu yazıb.