
Azərbaycan milli komandasının keçmiş qapıçısı Dmitri Kramarenkonun qapıçılarla işləyən məşqçi kimi çalışdığı Moskva MOİK-i Rusiya Kubokunun qalibi olub.
Teleqraf xəbər verir ki, MOİK finalda "Rostov"u penaltilər seriyasında məğlub edib - 4:3.
Görüşün əsas vaxtı qolsuz yekunlaşıb.
Penaltilər seriyasında isə MOİK-in qapıçısı İqor Akinfeyev "Rostov"un penaltilərindən birini dəf edib. Rəqibin daha bir penalti zərbəsi isə dirəyə tuş gəlib. Əvəzində MOİK 5 penaltidən cəmi birini qeyri-dəqiq yerinə yetirib.
Beləliklə, 39 yaşlı Akinfeyev karyerasında 22-ci titulunu əldə edib və rekordçuya çevrilib.
Qeyd edək ki, Dmitri Kramarenko 1992-2005-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub. O, 2000-ci ildə millinin qapıçılarla iş üzrə məşqçisi təyin olunsa da, 2021-ci ildə MOİK-də işə başlayıb.