
UEFA Millətlər Liqasında "dördlər finalı"na start verilib.
Sportnet.az xəbər verir ki, ilk yarımfinal matçında Almaniya və Portuqaliya milliləri üz-üzə gəlib.
Münhen şəhərindəki “Alyans Arena”da təşkil olunan görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edib.
Portuqaliya yığması səfərdə 2:1 hesabı ilə qələbə qazanaraq, finala vəsiqə əldə edib. Oyunda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Florian Virts açıb. 63-cü dəqiqədə Fransisko Konseysau hesabı bərabərləşdirib. Oyunun taleyini həll edən qolu isə 68-ci dəqiqədə Portuqaliya seçməsinin ulduzu Kriştianu Ronaldu vurub.
Qeyd edək ki, Millətlər Liqasının digər yarımfinal matçında İspaniya və Fransa yığmaları iyunun 5-də üz-üzə gələcəklər.