
Hindistanın Banqalor şəhərində "Royal Çellencers" klubunun kriket üzrə çempionluğunun qeyd edilməsi zamanı azı 11 nəfər ölüb, 30 nəfərdən çox insan yaralanıb.
Sportnet.az xəbər verir ki, stadion yaxınlığında on minlərlə azarkeş klubun Hindistan Premyer Liqasında ilk titulunu qeyd etmək üçün toplaşıb. Kütlə stadionun qapılarından birini qıraraq çempionluq təntənəsində içəriyə girməyə çalışıb.
Zərərçəkənlərdən çoxunun vəziyyəti sabitdir, onlar ambulator müalicə altındadırlar.
Qeyd edək ki, iyunun 3-də "Royal Çellencers" Pəncab Kinqs"lə oyundan (190/9:184/7) əvvəl rəsmi saytı vasitəsilə pulsuz biletlər paylayıb, azarkeşləri polis və meriyanın tövsiyələrinə əməl etməyə çağırıb.