
Onun sözlərinə görə, İspaniyanın “Marcet” komandasından dəvət edilən 9 futbolçu dünən gecə kollektivə qoşulub.
Nəbiyev komanda şəklində məşq edə bilməmələrinin bir qədər sıxıntı yaratdığını bildirib: "Bu gün ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var. İstər UEFA İnkişaf Turnirində, istərsə də, son matçlarda bunu sübut etmişik. Sadəcə, düzgün istiqamət götürmək, bu uşaqlara güvənmək lazımdır. İnanıram ki, getdikcə daha yaxşı olacağıq".
"Bu kollektivlə martdan bir yerə yığılırıq. Bu, artıq üçüncü toplanışımızdır. Rəsmi oyunlar öncəsi daha bir təlim-məşq toplanışımız olacaq. Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya ilə eyni qrupda çıxış edəcəyik. Rəqiblər güclü olsa da, komandamıza inanırıq”, - deyə baş məşqçi əlavə edib.