
Futbol üzrə İtaliya millisinin baş məşqçisi dəyişə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə məşhur insayder Canluka Di Martsio məlumat yayıb.
Ötən gün DÇ-2026-nın seçmə mərhələsinin III turunda səfərdə Norveçə 0:3 hesablı məğlubiyyət baş məşqçi Luçano Spallettinin gələcəyini şübhə altına alıb.
Di Martsionun sözlərinə görə, iyunun 10-da 66 yaşlı mütəxəssislə İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina arasında görüş baş tutacaq.
Spalletti göndəriləcəyi təqdirdə, onu Stefano Pioli və Klaudio Ranyeri əvəz etməyə əsas namizədlərdir.
Qeyd edək ki, Luçano Spalletti 2023-cü ilin avqustundan İtaliya yığmasının baş məşqçisidir.