
Braziliyanın "Santos" klubunun futbolçusu Neymara COVID-19 diaqnozu qoyulub.
Sportnet.az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb.
Braziliyalı hücumçunun, simptomların özünü göstərməyə başladığı cümə axşamından bəri ümumi qrupla məşq etmədiyi bildirilir.
33 yaşlı oyunçu evində həkiminin göstərişi ilə müalicə alır.
Neymarın koronavirusa yoluxmasına onun gələcəyi ilə bağlı qərar veriləcək vaxta təsadüf edib. Onun "Santos"la müqaviləsi iyunun 30-da başa çatır və tərəflər hələlik müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Neymar bu ilin yanvarında "Santos"a qayıdıb.