
Fransa milli komandasının və "Milan"ın qapıçı Mayk Menyan İngiltərənin "Çelsi" klubuna transfer olunacaq.
Sportnet.az xəbər verir ki, baş məşqçi Massimilyano Alleqrinin onu komandada saxlamaq cəhdlərinə baxmayaraq, İngiltərənin "Çelsi" klubunun marağı Menyanı London təmsilçisinə keçməyə inandırıb.
Son günlərdə "Çelsi" "Milan"a 15 milyon avro və bonuslar daxil olmaqla ilkin təklif göndərib, lakin bu təklif İtaliya klubu tərəfindən rədd edilib. Yaxın saatlarda "zadəganlar"ın yeni və təkmilləşdirilmiş (təxminən 18 milyon avro + bonuslardan ibarət) bir təkliflə müraciət etməsi gözlənilir.
Menyanın İngiltərədə oynamaq və Çempionlar Liqasında çıxış etmək istəyi, onun "Çelsi"nin təklifini qəbul etməsinə əsas səbəb olub. O, London klubu ilə uzunmüddətli müqavilə imzalayacaq. Baş məşqçi Enzo Mareska Menyanı Klublarası Dünya Çempionatına qədər heyətində görmək istəyir.