
İtaliya milli komandasının baş məşqçisi Luçano Spaletti Moldova ilə 2026-cı il dünya çempionatının seçmə matçından sonra postunu tərk edəcək.
Sportnet.az-ın xəbərinə görə, bu barədə 66 yaşlı mütəxəssisin özü oyunöncəsi mətbuat konfransında açıqlama verib.
Spaletti bildirib ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ona vəzifəsindən kənarlaşdırıldığını deyib.
Baş məşqçi qərarı məyusluqla qarşılasa da, əməl edəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, iyunun 6-da İtaliya millisi DÇ-2026-nın seçmə oyununda səfərdə Norveçə 0:3 hesabı ilə uduzub. Moldova ilə qarşılaşma mayın 9-da İtaliyada keçiriləcək.