
“Kriştianu Ronaldu 2026-cı il dünya çempionatını qazanmaq istəyir”.
Sportnet.az xəbər verir ki, bunu Portuqaliya millisinin sabiq müdafiəçisi Brunu Alveş bildirib.
O, Portuqaliyanın Millətlər Liqasının finallnda İspaniyanı məğlub etməsindən (2:2, penaltilərlə 5:3). danışıb:
"Hazırda onun məqsədi daha bir güclü klubda mövsümü keçirmək və 2026-cı il dünya çempionatına qədər yaxşı formada qalmaqdır. Ronaldu dünya çempionu olmaq istəyir. Bu, təkcə onun yox, bütün Portuqaliyanın arzusudur”.
Qeyd edək ki, Kriştianu Ronaldu Portuqaliya yığmasında 138, ümumilikdə isə 938 qol vurub.