İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola Mançester Universiteti tərəfindən fəxri dərəcə ilə təltif edilib.

 

Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu mükafat ona şəhərin inkişafına doqquz il ərzində – həm meydanda, həm də ondan kənarda göstərdiyi əlamətdar töhfəsinə görə verilib.

 

Tarixi Uitvort zalında keçirilən mərasimdə Qvardiolaya universitetin rektoru Nazir Afzal fəxri doktorluq dərəcəsi təqdim edib.

 

Bu mükafat yalnız onun idman sahəsindəki nailiyyətlərinə görə deyil, həm də futboldan kənarda göstərdiyi ilhamverici fəaliyyətinə, o cümlədən ailəsinə məxsus “Guardiola Sala Foundation” fondu vasitəsilə gördüyü işlərə görə verilib.

 

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ilin yayından “şəhərlilər”in baş məşqçisidir.