
Almaniyanın "Borussiya Dortmund” klubu futbolçu Cob Bellingemin keçidini açıqlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi İngiltərənin "Sanderlend" komandasından transfer olunub.
“Arılar” ingilis oyunçu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cob Bellingem ötən mövsüm İngiltərə Çempionşipində meydana çıxdığı 43 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. O, İspaniyanın “Real Madrid” komandasının ulduz futbolçusu Cud Bellingemin qardaşıdır.