
İngiltərə təmsilçisi "Mançester Siti" İtaliyanın "Milan" komandasından Teyani Reyndersi transfer edib.
Sportnet.az "şəhərlilər"in rəsmi saytına istinadən xəbər verir ki, Niderland yığmasının yarımmüdafiəçisi ilə 5 illik müqavilə bağlanılıb.
26 yaşlı oyunçu hücumda və müdafiədə də çıxış edə bilir. O, 2024/2025 mövsümündə A Seriyasının ən yaxşı yarımmüdafiəçisi sayılıb. Reynders "Milan"da 54 oyuna 15 qol vurub.