
İranın Tehran vilayətində bütün rəsmi futbol matçları bir həftə müddətinə dayandırılıb.
Sportnet.az IRNA-ya istinadən xəbər verir ki, bu qərar Tehran vilayətinin Futbol Şurasının rəhbəri Mirşad Məcidinin əmri və İran Futbol Federasiyasının tələbi ilə qəbul olunub.
Bütün klublar əmrə riayət etməlidir.
Qeyd edək ki, qərara səbəb İsrailin İrana hücumlarıdır.