
İspaniyanın “Atletiko Madrid” klubu İngiltərə “Liverpul”unun futbolçusu Endryu Robertsonu heyətinə qatmaq istəyir.
Sportnet.az “Caught Offside”a istinadən xəbər verir ki, Madrid təmsilçisi artıq qarşı tərəflə rəsmi danışıqlara başlayıb.
Mersisaydlılar hazırda 31 yaşlı müdafiəçi 25-30 milyon funt-sterlinq dəyərləndirirlər. “Atletiko” isə şotland oyunçu üçün bu məbləği ödəməyə hazır deyillər.
Robertsonun “Liverpul”la müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Qeyd edək ki, Endryu Robertson ötən mövsüm iştirak etdiyi 45 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.