
Klublararası dünya çempionatında daha bir oyun keçirilib.
Sportnet.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qalibi Fransa PSJ-si İspaniyanın "Atletiko Madrid" komandası ilə üz-üzə gəlib.
ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərindəki "Rouz Boul" stadionunda təşkil olunmuş qarşılaşma Paris komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Hesabı 19-cu dəqiqədə Fabian Ruis açıb. 45+1-ci dəqiqədə Vitinya fərqi artırıb.
Qeyd edək ki, B qrupunun "Botafoqo" (Braziliya) - "Sietl Saunders" (ABŞ) görüşü Bakı vaxtı ilə gecə saat 06:00-da başlanacaq.