
ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsində bu gün I turun daha üç qarşılaşması keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk oyunu D qrupunda İngiltərənin "Çelsi" klubu ilə yerli "Los-Anceles" komandası arasında baş tutacaq.
Atlantadakı "Mersedes-Benz" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu qrupun digər matçı isə "Qarabağ"ın sabiq futbolçusu Juninyo Olaviyonun şərəfini qoruduğu Braziliya "Flamenqo"su ilə Tunisin "Esperans" komandası arasında keçiriləcək.
"Linkoln Faynenşel Fild" stationunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.
FIFA Klublararası Dünya Çempionatı
I tur
C qrupu
02:00 "Boka Xuniors" (Argentina) - "Benfika" (Portuqaliya)
D qrupu
23:00 "Çelsi" (İngiltərə) - "Los-Anceles" (ABŞ)
05:00 "Flamenqo" (Braziliya) - "Esperans" (Tunis)