
İtaliyanın "Latsio" klubu futbolçusu Pedro Rodriqeslə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Dünya və Avropa çempionu olan 38 yaşlı cinah hücumçusu ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə razılaşdırılıb.
Rodriqes 2021-ci ildən "Latsio"da çıxış edir. O, bu müddət ərzində meydana çıxdığı 176 oyunda 34 qola imza atıb.
Qeyd edək ki, Pedro Rodriqes İspaniyanın "Barselona" klubunun yetirməsidir. O, Kataloniya təmsilçisi ilə birlikdə 20 titul qazanıb.