
“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi".
Sportnet.az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
Yunanıstan “Aris” klubu ilə qarşılaşacaq Naxçıvan təmsilçisinin baş məşqçisi oyunlara hazırlıq üçün zamanın olduğunu bildirib: "Ümumiyyətlə,
avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir.
Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.
Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.