
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kilian Mbappe ABŞ-də xəstəxanaya yerləşdirilib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçuya kəskin qastroenterit diaqnozu qoyulub.
27 yaşlı oyunçu xəstəxanada lazımi analizlərdən keçəcək və tam müalicə olunacaq.
Qeyd edək ki, Kilian Mbappe iyunun 18-də ABŞ-də keçirilən klublararası dünya çempionatında “Real Madrid”in Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə (1:1) matçını buraxıb.
"Kral klubu" mundialda növbəti oyununu iyunun 22-də Meksikanın "Paçuka" komandasına qarşı keçirəcək.