
Klublararası Dünya çempionatının D qrupunda 2-ci turun ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, sabiq “Qarabağ”lı Juninyonun da heyətində yer aldığı Braziliya “Flamenqo”su İngiltərənin “Çelsi” klubunu 3:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın keçmiş hücumçusunun adı oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.
Qrupda keçirdiyi hər iki matçda qələbə qazanan “Flamenqo” 6 xalla liderdir. İki oyuna 3 xalı olan “Çelsi” 2-ci pillədə qərarlaşıb.
Qrupda keçirilən ilk turda uduzan “Los-Anceles” (ABŞ) və "Esperans" (Tunis) hələlik xal qazana bilməyiblər. Bu komandalar arasında oyun iyunun 21-nə keçən gecə Bakı vaxtı ilə saat 02:00-də başlayacaq.