
Klublararası Dünya Çempionatının G qrupunda ikinci tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, “Mançester Siti” BƏƏ-nin “Əl-Əyn” klubunu 6:0 hesabı ilə məğlub edib.
Şəhərlilərin heyətində İlkay Gündoğan (8 və 73-cü dəqiqə), Klaudio Eçeverri (27), Erlinq Haaland (45+5 (p)), Oskar Bobb (84) və Rayan Çerki (89) fəqləniblər.
Bununla da, “Mançester Siti” xallarının sayını 6-ya çatdıraraq adını 1/8 finala yazdırıb. G qrupundan növbəti mərhələyə keçən digər komanda hesabında 6 xal olan “Yuventus”dur. Son turda bu komandalar qrup liderinin adına aydınlıq gətirəcək. Hesabında xalı olmayan Mərakeşin “Vidad Kasablanka” və BƏƏ-nin “Əl-Əyn” klubları üçün isə növbəti turun oyunu sonuncu olacaq.