
"Əl-Hilal" "Milan"ın futbolçusu Teo Hernandesi hədəfləyib.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Yaxın günlərdə tərəflərin bu keçidi reallaşdıracaqları gözlənilir. Şifahi razılıq artıq əldə olunub. Hazırda formal addımlar qalıb.
Qeyd edək ki, Teo Hernandes başa çatan mövsümdə "Milan"ın heyətində 49 oyuna çıxaraq 5 qol vurub və 6 qolun ötürməsini edib. Onun klubla olan hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.