
İtaliyanın "Milan" klubu futbolçusu Kayl Uokerlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb
35 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu İngiltərənin "Mançester Siti" komandasına qayıdıb.
Uoker yanvardan icarə əsasında "Milan"da çıxış edirdi. O, "rossoneri" ilə 16 oyunda iştirak edib.
İngiltərə millisinin üzvü 2017-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. Uoker "şəhərlilər"lə 6 dəfə İngiltərə çempionu olub.
Qeyd edək ki, "Milan" daha öncə "Çelsi"dən icarəyə götürdüyü Joau Feliks və "Fiorentina"dan Rikkardo Sottillə vidalaşıb.