
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli yeni klubu “Kayzerslautern”də ilk oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçu Lüksemburqun “Saar” komandası ilə yoxlama görüşündə iştirak edib.
Emreli matça əsas heyətdə başlayıb və ikinci hissəsin əvvəlində əvəzlənib. O, 43-cü dəqiqədə komandasının 6-cı qoluna imza atıb.
Oyunun yekununda “Kayzerslautern” rəqibini 19:0 hesabı ilə darmadağın edib.