
ABŞ-də keçirilən klublararası dünya çempionatında 1/8 final mərhələsi start götürüb.
Sportnet.az xəbər verir ki, ilk oyunda Braziliyanın “Palmeyras” və “Botafoqo” komandaları qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Palmeyras” 1:0 hesabı ilə qələbə qazanıb.
Oyunun əsas vaxtda hesab açılmayıb. “Palmeyras” 100-cü dəqiqədə Paulinyonun qolu sayəsində 1/4 finala vəsiqə qazanıb. "Palmeyras"ın müdafiəçisi Qustavo Qomeş 116-cı dəqiqədə meydandan qovulub.