
Ukrayna millisinin və "Real Madrid"ın qapıçısı Andrey Lunin yayda klubunu dəyişə bilər.
Sportnet.az Britaniyanın “Sportskeeda” nəşrinə istinadən xəbər verir ki, qolkiper daha çox oyun praktikası əldə etmək istəyir.
Məlumata görə, “Mançester Yunayted” Luninlə yaxından maraqlanır. “Qırmızı şeytanlar” ukraynalı qapıçını Andre Onananın potensial əvəzləyicisi kimi müəyyənləşdirib.
Xəbərdə bildirilir ki, “Real Madrid” ingilislərdən 15 milyon avroluq təklif alıb. İspaniya təmsilçisi isə qapıçısını 20 milyon avro qarşılığında satmaq istəyir.
Qeyd edək ki, başa çatan mövsümdə Lunin “Real”ın heyətində cəmi 14 oyun keçirib.