
İtaliyanın "Milan" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar" hücumçu Tommi Abrahamla vidalaşıb.
Milan təmsilçisi ingilis oyunçunu 2024-cü ilin avqustunda "Roma"dan icarəyə götürmüşdü. 28 yaşlı futbolçu "Milan"la İtaliya Superkubokunu qazanmağı bacarıb.
Qeyd edək ki, Tommi Abraham "Milan"da keçirdiyi 45 oyunda 10 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Onun "Roma" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
"Milan" iyunun 28-də komandada icarədə olan Kayl Uoker ("Mançester Siti", İngiltərə), Joau Feliks ("Çelsi", İngiltərə") və Rikkardo Sottillə də ("Fiorentina", İtaliya) yollarını ayırıb.