
İcarə əsasında Rusiya "Baltika"sında çıxış edən "Rostov" klubunun futbolçusu Daniil Utkin dinini dəyişib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Matç TV"yə açıqlamasında İslamı qəbul etdiyini təsdiqləyib.
Lakin o, belə bir addımı "Axmat" komandasında yox, hələ "Rostov"da ikən atdığını bildirib: "Bu, şəxsi həyatımla bağlı məsələdir. Ona görə də əlavə şərh verməyəcəyəm".
Xatırladaq ki, Daniil Utkin 2021/2022 və 2024/2025 mövsümlərində "Axmat"da çıxış edib. O, iki dəfə Rusiya yığmasında forma geyinib.