
Azərbaycan millisi və “Araz-Naxçıvan” klubunun futbolçusu Qara Qarayevin həyat yoluna həsr olunan kitab çap olunacaq.
Sportnet.az xəbər verir ki, kitabın müəllifliyi Türkiyənin tanınmış idman yazarı və jurnalisti Murat Aksoya həvalə olunub.
Bu məqsədlə TEAS Press Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov və 33 yaşlı oyunçu arasında görüş keçirilib. Tərəflər rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb və layihəyə rəsmən start verilib.
Qeyd edək ki, Qara Qarayev 2011-2023-cü illərdə “Qarabağ”da, 2023-2024-cü illərdə “Neftçi”də çıxış edib. O, 2024/2025 mövsümünü "Araz-Naxçıvan"da keçirib.