
"Kəpəz"in yoxlama matçı keçirəcəyi iki rəqibi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-göylər" ilk olaraq iyulun 21-də "Qəbələ" ilə qarşılaşacaq.
Gəncə təmsilçisi iyulun 26-da isə "Şamaxı" ilə üz-üzə gələcək.
Hər iki görüş Qəbələdə baş tutacaq.