
İspaniyanın "Atletik" klubu futbolçusu Niko Uilyamsla müqaviləni uzadıb.
Sportnet.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2035-ci ilədək nəzərdə tutulub.
İspaniya millisində də çıxış edən vingerin əvvəlki anlaşması 2027-ci ilin yayında bitəcəkdi.
Qeyd edək ki, Niko Uilyamsla "Barselona" danışıqlar aparırdı. Kataloniya klubu tezliklə onunla müqavilə bağladığını açıqlayacağına əmin idi. Ötən mövsüm Uilyams bütün turnirlərdə 45 oyuna 11 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt ona 70 milyon avro qiymət qoyub.