
"Sumqayıt" klubu Saşa İliçin komandaya baş məşqçi təyin olunduğuna dair xəbərlərə reaksiya verib.
"Gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev Sportnet.az-a açıqlamasında serbiyalı mütəxəssislə danışıqların aparıldığını təsdiqləyib.
O, hələ rəsmi müqavilənin imzalanmadığını bildirib: "Yaxın günlərdə rəsmi imzalama olan kimi klubumuzdan açıqlama veriləcək".
---------------------------
"Sumqayıt" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az "RPL Sky" nəşrinə istinadən xəbər verir ki, bu vəzifə Saşa İliçə həvalə olunacaq.
Serbiyalı mütəxəssis ötən mövsüm Rusiyanın "Pari NN" komandasına rəhbərlik edib. Onun komandası 22 oyundan 4 qələbə, 4 heç-heçə və 14 məğlubiyyətlə ayrılıb. Müqaviləsini pozduqdan təqribən bir il sonra İliç "Sumqayıt"la anlaşıb.
Qeyd edək ki, Saşa İliç Serbiyanın U-16, U-18 yığmalarında, eləcə də "Çukariçki", Bolqarıstanın MOİK (Sofiya) və Yunanıstanın "Atromitos" klublarında baş məşqçi kimi çalışıb. Keçmiş hücumameylli yarımmüdafiəçi futbolçu kimi Serbiyanın "Partizan", İspaniyanın "Selta", Türkiyənin "Qalatasaray", Avstriyanın "Zaltsburq", Yunanıstanın "Larissa" komandalarının formasını geyinib.