
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası Ukraynanın "Metallist" komandası ilə yoxlama matçı keçirib.
Sportnet.az xəbər verir ki, tərəflər hər biri yarım saatdan ibarət dörd hissəlik oyuna çıxıblar.
Avstriyadakı "Ulrich Sportplaz" stadionunda keçirilmiş qarşılaşma "Metallist"in qələbəsi ilə yekunlaşıb - 5:4.
Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışında ilk, "Metallist"in üçüncü yoxlama oyunu olub.
-------------------------
Bu gün "Qarabağ" Ukraynanın "Metallist" komandası ilə qeyri-adi yoxlama matçı keçirəcək.
Sportnet.az xəbər verir ki, tərəflər hər biri yarım saatdan ibarət dörd hissəlik oyuna çıxacaqlar.
Belə bir qərar iki klub arasındakı razılaşma əsasında qəbul olunub.
Avstriyadakı "Ulrich Sportplaz" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
Qarşılaşma "Metallist"in yutub kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, bu, "Qarabağ"ın Avstriya toplanışında ilk, "Metallist"in üçüncü yoxlama oyunu olacaq.
Yoldaşlıq görüşü
7 iyul
19:30. "Qarabağ" - "Metallist" - 4:5
Qollar: Nəriman Axundzadə, 3; 13. Aleksey Kaşuk, 97. Emmanuel Addai, 114 (pen.) - Ermir Raşitsa, 11. Matvey Pançenko, 26. Artyom Şabanov, 45. Ramik Hacıyev, 71. Ari Mura, 83 (pen.)