
Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”ın keçirəcəyi yoldaşlıq oyunlarının tarixi və rəqibləri müəyyənləşib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, hər 3 matçda rəqiblər Türkiyə təmsilçiləri olacaq:
9 iyul
"Bayburtspor" – "Araz-Naxçıvan"
11 iyul
"Alanyaspor" – "Araz-Naxçıvan"
17 iyul
"Trabzonspor" – "Araz-Naxçıvan"