
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal özünə bahalı boyunbağı alıb.
Sportnet.az "CNN Brasil"ə istinadən xəbər verir ki, ispaniyalı cinah oyunçusu zinət əşyasına 400 min dollar (680 min manat) xərcləyib.
Sarı qızıldan hazırlanan boyunbağı almaz, mavi və turuncu daşlarla bəzədilib. Boyunbağının kulonu oyunçunun baş hərfləri L və Y şəklində hazırlanıb. Qıfılda isə Yamalın yaşadığı bölgənin poçt kodu olan 304 rəqəmi təsvir olunub.
Lamin Yamal iyulun 13-də 18 yaşını qeyd edəcək. Bildirilir ki, futbolçunun ad günü şənliyi İbizada keçirəcək. Şənlik şənbə günü başlayacaq və bütün həftə sonu davam edəcək. Bayramın əsas məqamlarından biri də mobil telefonlardan istifadənin qadağan edilməsi olacaq.