
İspaniyanın "Real Madrid" klubu üç futbolçusu ilə yollarını ayıracaq.
Sportnet.az "Fichajes"ə istinadən xəbər verir ki, "kral klubu"nun baş məşqçisi Xabi Alonso rəhbərlikdən yarımmüdafiəçilər Dani Sebalyos, Brahim Dias və Rodriqonun satışa çıxarılmasını istəyib.
İspan mütəxəssis hər üç futbolçunu öz planlarına daxil etməyib.
Madrid təmsilçisinin yarımfinal mərhələsində Fransanın PSJ komandasına məğlub olduğu (0:4) FIFA Klublararası Dünya Çempionatında Dias ümumilikdə 106, Rodriqo 95, Sebalyos isə 83 dəqiqə şans qazanıb.
Qeyd edək ki, "Real Madrid"dən Lukas Vaskeslə Luka Modriçin ayrılacağı da dəqiqləşib. Xorvatiyalı karyerasını İtaliyanın "Milan" komandasında davam etdirəcək. Tərəflər yaxın müddətdə müqavilə imzalayacaq.