
"Barselona"nın ispaniyalı hücumçusu Lamin Yamal Çində keçirilən tədbirdə futbol tarixinin ən yaxşı futbolçusu haqda danışıb.
Sportnet.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, gənc ulduz argentinalı Lionel Messini fəqləndirib.
Yamal bildirib: “Mənim üçün Messi tarixin ən yaxşı futbolçusudur. Onun meydanda etdiyini və oyununun bütün aspektlərini bəyənirəm. Bu, həqiqətən həyəcanlıdır".
Yamal “Adidas” şirkəti ilə əməkdaşlıq çərçivəsində Şanxaya gedib. O, burada bir neçə reklam kampaniyasında rol alıb və məktəblilər arasında yerli futbol turnirinin finalında fəxri qonaq olub.
Qeyd edək ki, iyulun 13-də Yamalın 18 yaşı tamam olacaq. Kataloniyalılar futbolçunun yeni nömrəsini təqdim etmək niyyətindədirlər. Gənc forvard 10 nömrəli formanı daşıyacaq. Həmin nömrə uzun illər “Barselona” əfsanəsi Lionel Messiyə məxsus olub.