
"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat
xidməti məlumat yayıb.
Komanda Stefano Pioliyə tapşırılıb. 59 yaşlı mütəxəssislə müqavilə 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.
Pioli 1989-1995-ci illərdə "Fiorentina"da çıxış edib. O, 2017-2019-cu illərdə isə bu komandanı çalışdırıb.
Bildirilib ki, baş məşqçi 14 iyulda azarkeşlər və əsas komanda ilə, 16 iyulda isə mətbuat nümayəndələri ilə görüşəcək.
Qeyd edək ki, Piolinin bunadək son klubu "Əl-Nəsr" olub.