
İtaliyanın "Sampdoriya" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, B Seriyası təmsilçisi Massimo Donatiyə tapşırılıb.
Genuya şəhəri klubunun əvvəlki baş məşqçisi Alberiko Evani idi.
44 yaşlı Donati son olaraq Yunanıstanın "Kaliteya" klubunda işləyib.
Qeyd edək ki, "Sampdoriya" son mövsüm İtaliya B Seriyasını 41 xalla 17-ci sırada bitirib. "Dənizçilər" liqada qalmaq uğrunda görüşlərdə "Salernitana"dan güclü olub - 2:0, 3:0.