
Ağdamın "Qarabağ" klubu Avstriyada təlim-məşq toplanışına davam edir. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 1 günlük istirahətin ardından komandamız günü 2 məşqlə keçirib.
Günün ilk çalışması fitnes zalında baş tutub. Yerli vaxtla 11:00-da başlayan çalışma 1 saat davam edib. Günün 2-ci məşqi 20:00-da (Azərbaycan vaxtıyla 23:00) baş tutub. Taktiki-texniki hazırlıq üzərində qurulan məşq 90 dəqiqə davam edib. Qeyd etdiyimiz kimi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki də məşqi izləyənlər arasında olub.
Sabah komandamızın növbəti yoxlama oyunu baş tutacaq. Komandamız Ruminiya "Styaua"sı ilə qarşılaşacaq. Oyun Bakı vaxtıyla 20:30-da start götürəcək. Qarşılaşma YouTube kanalımız vasitəsiylə canlı olaraq yayımlanacaq.