
Portuqaliyalı mütəxəssis Xorxe Jezus Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi olub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə müqavilənin müddəti göstərilməyib. 70 yaşlı məşqçi “Əl-Nəsr”də Stefano Piolini əvəzləyib. İtaliyalı çalışdırıcı Ərəbistan klubundan “Fiorentina”ya keçib.
Jezus “Benfika”, “Flamenqo”, “Fənərbağça” və bir sıra digər komandaları çalışdırıb. O, 2018-2019, eləcə də 2023-2025-ci illərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna rəhbərlik edib.
O, Ərəbistan klubu ilə 3 dəfə ölkə çempionluğunu, kuboku və Superkuboku qazanıb.
Xatırladaq ki, 40 yaşlı portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu da “Əl-Nəsr”də çıxış edir.