
“Marca” nəşri ötən mövsüm meydanda ən çox dəqiqə keçirən futbolçuların reytinq cədvəlini dərc edib.
Sportnet.az xəbər verir ki, siyahıya İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Federiko Valverde başçılıq edir.
Uruqvaylı oyunçu 6 000 dəqiqə həddini keçərək dünya rekorduna imza atıb. 27 yaşlı futbolçu "Real Madrid" və Uruqvay millisinin heyətində 72 oyunda 6 116 dəqiqə meydanda olub.
İkinci sırada 5 796 dəqiqə ilə İngiltərənin "Mançester Yunayted" komandasının və Portuqalıya yığmasının üzvü Brunu Fernandeş qərarlaşıb. İlk üçlüyü İtaliya "Milan"ının və Fransa millisinin qapıçısı Mayk Menyan qapayır. Onun aktivində 5 624 dəqiqə var.