
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 26 yaşlı hücumçu Polşanın "Motor Lublin" komandasına keçib.
Dadaşov yeni klubu ilə sonradan bir illik uzadılma şərti ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Renat Dadaşov son olaraq Polşanın digər təmsilçisi "Radomyak"ın şərəfini qoruyub. Onun sabiq komandası ötən mövsümü 12-ci, yeni klubu isə 7-ci pillədə başa vurub.
Dadaşov indiyədək Portuqaliyada "Eştoril", "Pasuş de Ferreyra" və "Tondela", İngiltərədə "Vulverhempton", İsveçrədə "Qrasshopper" və Türkiyədə "Hatayspor"la "Ankaragücü" klublarında çıxış edib. O, Azərbaycan millisinin heyətində keçirdiyi 38 oyunda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub.