
İtaliyanın "Atalanta" klubunun baş məşqçisi İvan Yuriç yuxarı tənəffüs yollarının iltihabı səbəbindən xəstəxanaya yerləşdirilib.
Sportnet.az xəbər verir ki, bu barədə Berqamo təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xorvatiyalı mütəxəssisin hazırda özünü yaxşı hiss etdiyi və tezliklə xəstəxanadan evə buraxılacağı qeyd edilir.
50 yaşlı məşqçi iyulun 6-da Can Pyero Qasperinini əvəzləyərək "Atalanta"nın sükanı arxasına keçib.
Xatırladaq ki, İvan Yuriç ötən mövsüm İngiltərənin "Sautgempton" komandasına rəhbərlik edib.