
Monteneqro təmsilçisi “Arsenal Tivat” danışılmış oyunlara görə UEFA bayrağı altında keçirilən turnirlərdən 10 il müddətinə uzaqlaşdırılıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, sanksiyaya səbəb 2023-cü ilin iyulunda UEFA Konfrans Liqasının təsnifat mərhələsində Ermənistanın “Alaşkert” klubu ilə keçirilən oyunun nəticəsi olub.
İlk qarşılaşma 1:1 hesabı ilə heç-heçə başa çatsa da, cavab görüşündə isə “Arsenal” öz meydanında 1:6 hesabı ilə uduzmuşdu.
UEFA-nın yaydığı rəsmi açıqlamaya əsasən “Arsenal” 2034/2035 mövsümünədək avrokuboklardan kənarlaşdırılıb və klub 500 min avro məbləğində cərimə olunub.
Klubun idman direktoru Ranko Krqoviç və futbolçu Nikola Çelebiç ömürlük diskvalifikasiya edilib. Bir neçə oyunçu da 10 il müddətinə futboldan kənarlaşdırılıb.
UEFA əlavə edib ki, diskvalifikasiyaların bütün dünyaya şamil olunması üçün FIFA-ya müvafiq sorğu göndəriləcək.