İspaniyanın "Barselona" klubunun və Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen belindən əməliyyat oluna bilər.

 

Sportnet.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.

 

Mənbənin məlumatına görə, 33 yaşlı qolkiper belindəki ağrılar səbəbindən mövsümöncəsi məşqlərin startını buraxıb.

 

Almaniyalı futbolçu hazırda özünü konservativ müalicə ilə məhdudlaşdırmaq və ya təcili əməliyyat keçirtmək barədə düşünür. O, əməliyyat olunacağı təqdirdə təxminən 4 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, Mark-Andre ter Ştegen ötən mövsüm zədə səbəbindən cəmi 9 oyunda iştirak edib.