
Məşhur amerikalı reper “Snoop Dogg” İngiltərə futbol çempionatının səviyyəcə ikinci liqası olan Çempionşipdə çıxış edən Uelsin "Suonsi" klubunun həmsahibi və investoru olub.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
“Klubun və rayonun tarixi məni çox cəlb etdi. Bu, qürurlu, zəhmətkeş şəhərdir, klub isə dişləməyi bacaran əsl anderdoqdur. Lap mənim kimi. “Suonsi”nin bir parçası olmağımla fəxr edirəm. Əlimdən gələn hər şeyi edəcəyəm, bütün azarkeşlərlə tanış olmağı səbirsizliklə gözləyirəm”, - ifaçı bildirib.
“Suonsi” rəhbərliyi reperin məşhurluğunun “Suonsi” brendinin bütün dünyada təşviqinə kömək edəcəyinə və klubun kommersiya potensialını artıracağına ümid etdiyini bildirib. Stadionun qərb tribunasında artıq “Snoop Dogg”un divar portreti yerləşdirilib.
Xatırladaq ki, aprel ayında Madrid “Real”ının tarixində ən titullu futbolçu olan Luka Modriç də “Suonsi”nin həmsahiblərindən olmuşdu.