
Türkiyə təmsilçisi “Fənərbağça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo klubdan ayrıla bilər.
Sportnet.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis Türkiyədəki karyerasını başa vuraraq Portuqaliyaya dönmək niyyətindədir.
Mourinyo ya Portuqaliya milli komandasına, ya da ölkənin aparıcı klublarından birinə rəhbərlik edə bilər.
Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayında “Fənərbağça”nın baş məşqçisi təyin edilib. Onun rəhbərliyi altında İstanbul təmsilçisi 62 matçda 35 qələbə qazanıb, 9 dəfə məğlub olub.